İran Prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya rəsmi səfərə gələcək. Bu, İranın sabiq Prezidenti Məhəmməd Hatəminin 2000-ci ildə Yaponiyaya gəlişindən sonra ilk belə yüksəksəviyyəli səfər olacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 20-21-də baş tutacaq səfər çərçivəsində İran Prezidentinin Yaponiyanın Baş Naziri ilə görüşü keçiriləcək. Görüş çərçivəsində liderlərin ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəkləri bildirilir.