ABŞ Konqresinin Nümayəndələr palatasında prezident Donald Trampın impiçmenti üzrə müzakirələr aparılır.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 6 saat davam edəcək müzakirələr Donald Trampa qarşı iki maddəlik ittiham üzrə səsvermə ilə yekunlaşmalıdır.

Qeyd edək ki, D.Tramp vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ittiham edilir.