İraqın Salah əd-Din əyalətində İŞİD terror qruplaşmasının polis məntəqəsinə hücumu nəticəsində dörd polis əməkdaşı həlak olub, bir nəfər yaralanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda hücumu edən terrorçunun zərərsizləşdirildiyi qeyd olunur.