Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardı:

- Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

- Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

- Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

- Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

- Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğınsöndürmə İdarəsi rəisinin müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.