Dünyaca tanınmış aktyor və kunq-fu ustadı Brüs Linin qızı Şennon Li “Real Kungfu” adlı Çinin məşhur “fastfood” şəbəkəsini məhkəməyə verib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, buna səbəb şirkətin loqotipində qanunsuz olaraq onun atasının təsvirini istifadə etməsi olub. “Bruce Lee Enterprises” şirkəti adından məhkəməyə baş vuran Ş.Li “fastfood” şəbəkəsindən 210 milyon yuan (51 milyon AZN) təzminat tələb edir.
Belə ki, sözügedən şəbəkənin loqotipində kunq-fu ustadı sarı köynəkdə təsvir edilib.
Qeyd edək ki, “Real Kunqfu” “fastfood” şəbəkəsi 1990-cı ildə təsis edilib və Çinin müxtəlif nöqtələrində təxminən 600 kafeyə malikdir.
Gülayə Mecid