Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsinin pilotlarının dispetçerlərlə qəzadan əvvəl apardıqları danışıqların səs yazısı yayılıb.
Unikal.org xəbər verir ki, bu barədə “REN TV” məlumat verir.
Məlumata görə, təyyarə ənənəvi qaydada yola çıxmağa hazırlaşır. Dispetçerlər “Fokker-100”ün uçuş-enmə zolağına girməsinə və uçuşu həyata keçirməyə icazə verirlər. Əvəzində pilotlardan biri “05 sağ, 2100, xoş arzularla, sizə uğurlu gün” deyə cavab verir.
Həmin vaxtda uçuş-enmə zolağı digər təyyarənin ixtiyarına verilmə olur. Lakin “Fokker 100” təyyarəsinin yerini müəyyən edə bilməyən aeroportun əməkdaşları növbədə olan təyyarənin pilotlarına gözləmək əmrini verirlər. Bir müddət “Fokker 100”ün pilotları ilə əlaqə yaratmağa çalışan dispetçerlər, cavab almayandan sonra həyəcan siqnalının səslərini eşidirlər.