“Avanqard” hipersəsli raket sistemi ilə silahlanmış ilk alay döyüş tapşırığı alıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məlumat verib.
Bundan əvvəl nazir bildirmişdi ki, “Avanqard” 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək. Həmçinin 2020-ci ildə Rusiya Strateji Raket Qüvvələrinin 22 ədəd “Avanqard” və “Yars” kompleksləri alacağı qeyd olunub.
“Avanqard” sürəti 27 Maxa (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) çatan qanadlı raketdir.
Qeyd edək ki, sözügedən “Avanqard” raketinin ilk sınağı zamanı ABŞ-da böyük narahatlıq yaranmışdı.