Qiyamçı general Hafter dünən Moskva şəhərində Rusiya lideri Putin və Türkiyə prezidenti Ərdoğan vasitəçiliyi ilə keçirilən danışıqlar zamanı atəşkəs sazişini imzalamamasının səbəbi açıqlanıb.
Belə ki, Liviyada Milli Anlaşma Memorandumuna (UMH) bağlı qaynaqlardan Hafter milislərinin hücumlara davam etmək üçün Trablusun cənubunda toplandığını bildirilib.
Unikal.org xəbər verir ki, eyni dəqiqələrdə Rusiyadan gələn rəsmi açıqlama, yerli qaynaqların bildirdikləri ilə zidd olub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada Türkiyə əleyhdarı olan General Hafterin UMH ilə razılığa müsbət baxdığını, məsləhətləşmələr aparmaq üçün 2 günə ehtiyacı olduğu bildirilib.
Qeyd edək ki, Hafter təyyarəyə minib Rusiyanın paytaxtını tərk etməzdən əvvəl bildirib ki, razılaşma daha çox paytaxt Tripolidə bərqərar olmuş Milli Barışıq Hökumətinin maraqlarına uyğundur. O, Əl Ərəbiyyə telekanalına müsahibəsində deyib: “Layihə Liviya Milli Ordusunun bir çox tələblərinə cavab vermirdi”.