Belçikanın paytaxtı Brüsselin bəzi küçə və prospektlərində spirtli içki içmək qadağan olunub.  Belə ki, həmin ərazilərdə gecə yarısından səhərə qədər spirtli içki qəbul edərkən tutulan şəxslər 350 avro cərimə olunacaqlar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay Brüssel Şəhər Şurası tərəfindən verilən qərar bu gündən etibarən paytaxtda tətbiq olunmağa başlayıb.

Brüssel mərkəzindəki küçə və prospektlərə qoyulan qadağa Anspach Bulvarı, Place Fontanais, Place De Brouckere, Place de la Monnaie, Rue du Midi, Rue des Fripiers ve Rue des Halles ərazilərini əhatə edəcək. Blə bir qərrın verilməsinə səbəb bölgələrdə alkoqol təsiri altındakı insanların yaratdığı təhlükəsizlik problemləri və səs-küydən gələn şikayətlərdir.

Qeyd edək ki, bələdiyyə ilk 6 ay sınaq müddəti keçirəcək. Nəticələrə görə, yekun qərar veriləcək.