Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir neçə müddət əvvəl baş verib. Yolu keçmək istəyən yaşlı qadını avtomobil vurur. Görüntülərdən aydın olur ki, sürücü əyləci basmaq əvəzinə qaza toxunur və nəticədə hadisə baş verir. Ətrafdakıların köməyi ilə piyada xəstəxanaya aparılır.