Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.