Xəbər verdiyimiz kimi, İctimai Televiziyanın əməkdaşı özünü kanalın binasının 6-cı mərtəbəsindən atıb.
Məsələ ilə bağlı Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, özünü binadan atan İTV-də fəhlə işləyən, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğludur. Onun nə üçün bu addımı atdığı hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Həmin şəxs eşitmə əngəllidir, danışa bilmir.
Bildirilir ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.
Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib.
Famil Fərhadoğlu