Metroda bir qızın halı pisləşib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 20:00 radələrində Suraxanı rayon sakini Bədəlova Fidan Rahib qızı metronun "Gənclik" stansiyasında olarkən onu qıcolma tutub. Yerə yıxılan qıza ilkin olaraq ərazidə xidmət aparan Bakı Metropolitenində polis Şöbəsinin əməkdaşları tibbi yardım göstərib.

Hadisə yerinə təcili yardım çağırılıb.

Famil Fərhadoğlu