Bərdə rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Unikal.org report-a istinadən xəbər verir ki, səhər saatlarında 5 yaşlı uşağın hərarəti artıb və ona ev şəraitində iynə vurulub.
Azyaşlı uşaq iynədən sonra aneflaktik şok keçirdiyi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın yolda keçindiyi məlum olub. Faktla bağlı araşdırma aparılır