Almaniyanın Jessen və Schweinitz şəhərləri yeni bir növ koronavirusun yayılması səbəbiylə karantinə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada Wittenberg Bələdiyyəsindən verilən açıqlamada Jessen və Schweinitz şəhərlərinin koronavirusun yayılmasının qarşısını almaq üçün karantinə alındığı ifadə edilib.
Belə ki, hər iki şəhərə giriş və çıxış aprelin 10-a kimi qadağa edilib.