Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb.
Unikal.org xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb. Qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.