Martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 8-i ölüb: “Toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur”.