Bakıda ölüm hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 9-u paytaxtın Xəzər rayon ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Paxlov Dmitriy Anatolyeviç yaşadığı evdə etil spirti içib və zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.