Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Babayev Cəlal Azad oğlu, ölüb.
Digər rayon sakinləri - İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Onu da bildirək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran (Dəvəçi) Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevin dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.
Faktla bağlı araşdırma aparılır.