Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndində olub.

Belə ki, rayon sakini Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən İsmayılov Rahim Zöhrab oğlunun idarə etdiyi "BMW" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2107" nin sürücüsü R.Kərimov hadisə yerində ölüb.

Digər avtomobilin sürücüsü və sərnişinləri - Rəsulov Hakim İlqar oğlu və Kərimov Mübariz Paşa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.