Ağcabədi rayonunun Aşağı Avşar kəndində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 392 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində, mətbəxdə ev əşyaları 6 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.