Şəmkirdə "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub. 

Unikal.org "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "VAZ" zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs ölüb.  

Faktla bağlı araşdırma aparılır.