Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə aprelin 12-i paytaxtın Lökbatan qəsəbəsi ərazisində yerləşən "TIR parkı"nda qeydə alınıb.

Belə ki, Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü İkramcan Rəsulovun idarə etdiyi TIR markalı yük maşınından özü ilə birlikdə gələn həmyerlisi, 1978-ci il təvəllüdlü Nor Camalov tərəfindən 1 100 ABŞ dolları oğurlanıb. O, daha sonra bu barədə Nor Camalova irad bildirdikdə həmin şəxs tərəfindən döyülüb.

İkramcan Rəsulov DİN-in "102" Xidmət Mərkəzinə müraciət edib.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.