Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

Unikal.org-un xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Artur Alekseyeviç Qorodinski Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə axtarışda olub.