“Onlayn imzalayıcı” proqram təminatının təhlükəsizlik sertifikatı yenilənib. Bununla əlaqədar olaraq elektron imza istifadəçiləri cari il aprelin 20-dən yeni “Onlayn imzalayıcı” yükləyərək quraşdırmalıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Unikal.org-a verilən xəbərə görə, yeni proqram təminatı yazılmadan öncə köhnəsinin silinməsi tələb olunur.
Proqram təminatının silinməsi və yenisinin yüklənməsi qaydaları “www.e-imza.az” portalında yerləşdirilib. İstifadəçilər adıçəkilən portala buradan (http://www.e-imza.az/uploads/software/OnlineSigner.exe) daxil olmaqla yeni proqramı yükləyə bilərlər.
Hər hansı texniki problem yarandıqda müvafiq təlimata (http://www.e-imza.az/uploads/instructions/online_imzalayici.pdf) uyğun ardıcıllıqla prosesin icrasını təmin etmək olar.
Qeyd edək ki, yeni proqram təminatı quraşdırılmadığı halda elektron imza ilə onlayn imzalama mümkün olmayacaq.
Xatırladaq ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatının etibarlılıq müddəti 3 il təşkil edir.