“Günay Sığorta” ASC və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə vətəndaşlarımıza dəstək məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihəsi davam edir.
Unikal.org xəbər verir ki, layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVİD-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi daşıyır.
"Günay Sığorta” ASC və "Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə icra olunan layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərindən sonra Gəncə və Şəki şəhərlərində də vətəndaşlara dezinfeksiyaedici məhlul, salfet və maarifləndirici materiallar paylanılıb və vətəndaşlara zəruri olmadığı halda evdə çıxmamaqları, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əməl etmələri söylənilib.
Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyəti düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır. Hər bir vətəndaş bu çağırışlara həssas yanaşmalıdır, çünki "Ailənizin sağlamlığı sizin sığortanızdır!".