Kartmane sahibləri üstünlüklərdən yararlanırlar!
2019-cu il Dekabr ayında unikal üstünlüklərlə müştərilərə təqdim edilən Kartmane kartı, artıq öz sahiblərinə 50.000-dən çox bonus qazandırıb. Rahat bonus hesablama qaydası olan Kartmane kartında, bir bonus bir manata bərabərdir.
Unikal.org xəbər verir ki, bir çox üstünlüyü olan Kartmane kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-ə dək, kafe və restoranlardan 5% cashback o cümlədən bütün ödənişlərə 2% cashback kimi seçimlərdən birini seçərək, Kartmane sahibləri qazandıqları bonusları rahatlıqla Rabitabank Mobil tətbiqi vasitəsiylə hesablarına köçürə bilərlər.
Bununla yanaşı müştərilər Rabitəbankın durmadan artan partnyor şəbəkəsində tam 25%-ə qədər əlavə cashback qazana bilər. Müştərilər Kartmane kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Daha ətraflı məlumat və kart sifarişi üçün, https://rabitabank.com/kartmane linkinə daxil olaraq, tanış ola bilərsiniz.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.