Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 743,3 milyon ABŞ dolları təşkil edib.

Unikal.org xəbər verir ki, bunun 86,6%-i və yaxud 41 349,5 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13,4%-i və yaxud 6 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 838 milyon ABŞ dolları və yaxud 3,7% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 973,8 milyon ABŞ dolları və yaxud 4,55% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 135,8 milyon ABŞ dolları və yaxud 2,2% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 691,4 milyon ABŞ dolları və yaxud 3,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 076,2 milyon ABŞ dolları və yaxud 2,7%, AMB-nin valyuta ehtiyatları isə 615,2 milyon ABŞ dolları və yaxud 10,65% artım nümayiş etdirib.