Neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Amerika şirkətinin cümə axşamı yaydığı mesajında deyilir.
“Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib”, - mesajda belə deyilir.