Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.
Unikal.org xəbər verir ki, Yavər Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Nazirlik yanında DSMF-nin Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinə rəis vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bundan əvvəl Yavər Məmmədov DSMF-də direktorun müşaviri vəzifəsində çalışıb.
Famil Fərhadoğlu
.