“Nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq mərkəzi icra hakimiyyəti orqanlarına edilmiş müraciətlər də hesabata daxil edilib”.
Unikal.org-un məlumatına görə, bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.
V. Gülməmmədov bildirib ki, hesabat ilində kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticəsi olaraq büdcə qanunvericiliyinin təkmilləşməsi istiqamətində də təkliflər hazırlanıb, müvafiq icra hakimiyyəti orqanlarına göndərilib: “Hər bir təklif əsas məqsədi göstərməklə hesabata daxil edilib. Büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir.
Hesabat ilində səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq. Bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirmişik. İl ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitlərinin istifadəsi zamanı dövlət alışları zamanı dövlət vəsaiti hesabına bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması və qismən nail olunması və s. aiddir. 2019-cu ilin İş planına uyğun olaraq, məxfi qaydada keçirilmiş auditlər də daxil olmaqla 46 auditin nəticələri üzrə məlumatlar Milli Məclisə təqdim olunub. Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb".
V. Gülməmmədov bildirib ki, hesabat ilində auditlərin 34-ü Bakı şəhərində, 11-i respublikanın ayrı-ayrı rayon və şəhərlərində, 1 isə xarici ölkədə yerləşən səfirlikdə aparılıb: “2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditin nəticələri icmallaşdırılıb. 2019-cu ildə Hesablama Palatasının auditorlar tərəfindən 561 sayda nöqsan müəyyən edilib. Bu hər bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı 21,4% azalıb. Nəticədə, 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayının azalması təqribən 3% təşkil edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatla bağlı sahələrdə üstünlük təşkil edir”.