Beynəlxalq Əmək Təşkilatının ekspertləri koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyanı müzakirə ediblər.
Unikal.org xəbər verir ki, onların təxminlərinə görə, dünya ölkələrində karantin müddəti uzadılacağı təqdirdə 1,6 milyard insanın sosial vəziyyəti kəskin ağırlaşacaq. Onlardan 305 milyonu isə iş yerini itirəcək. Ən böyük zərbə iqtisadiyyatın qeyri-formal sahələrinə, yəni əmək müqaviləsi olmadan çalışanlara dəyəcək.
Təşkilatın baş direktoru Qay Rayder Cenevrə şəhərində keçirdiyi videokonfransda sosial vəziyyəti aşağı olan insanlara maddi yardım edilməsinin vacibliyini vurğulayaraq dünyada fəaliyyət göstərən milyonlarla şirkətdə böhran vəziyyətinin davam etdiyini bildirib.
Qeyd edək ki, artıq bir neçə məşhur şirkət koronavirusun yaratdığı böhran səbəbindən ləğv olunub.