"Amrah Bank"da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da "Atabank"da olduğu kimi ciddi kapital çatışmazlığı var".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
"Amrah Bank"ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. AMB hansısa bankın bağlanmağında maraqlı deyil.