Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkənin tədiyyə balansında ümumi daxili məhsulun 3%-i qədər kəsir yaranacağını gözləyir.

Unikal.org xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

"Bu il ölkənin həm idxalının, həm də ixracının azalmasını gözləyirik", - o deyib.

Baş bankir ölkədən valyuta axınının məhdudlaşdırılması barədə deyilənlərə də münasibət bildirib: 

"AMB kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur. Təsəvvür edin, kimsə zinət əşyası gətirir. Təbii ki, bu, dərmandan və ətdən vacib deyil".