Çində  dəhşətli hadisə baş verib.

Unikal.org xəbər verir ki,  iflic olmuş anasına baxmaqdan yorulan adam, anasını diri-diri torpağa basdırıb. 

79 yaşlı qadını basdıran oğlu tez bir zamanda polis tərəfindən saxlanılıb. Lakin, oğul anasının harada basdırıldığını etiraf etməyib. 3 gündən axtarış nəticələrindən sonra iflic qadını torpağın altında ac və susuz şəkildə diri tapıblar. Yaşlı qadın xəstəxanaya yerləşdirilib. 

Daha sonra, cinayətkarın  polislərə açıqlamasında anasından bezdiyi üçün belə bir yoldan istifadə etdiyi bildirib. Şəxs barəsində cinayət işi açılıb. Faktla bağlı araşdırma davam edir.