İngiltərədə koronavirus səbəbiylə ölənlərin sayı son 24 saatda 346 nəfər artaraq 31 min 587-ə çatıb.

Unikal.org  İngiltərə KİV-ə istinadən xəbər verir ki, COVID-19 səbəbiylə xəstəxanalar, qocalar evləri və öz evlərində həyatını itirənlərin sayı son 24 saatda 346 nəfər artaraq 31 min 587-ə yüksəlib.

Ölkədə aparılan 96 min 878 sınaq ilə 3 min 966 yeni yoluxma halı aşkar edilib, beləliklə, yoluxma  halların ümumi sayı isə 215 min 260-a çatıb.