“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.
Unikal.org-un məlumatına görə, qərar avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlıdır.
Qeyd olunur ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.
Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.
Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.