ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 38 ABŞ dolları (bir barel üçün) təşkil edəcək. Bu, EAI tərəfindən verilən may proqnozu ilə müqayisədə 4 dollar çoxdur.
Unikal.org xəbər verir ki, ötən il bu göstərici 64,37 dollara bərabər olub.
Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 48 dollara yüksələcək, bu da ötən ay verilən proqnoz göstəricisinə bərabərdir.