Beynəlxalq Valyuta Fondu (İMF) Nizamnaməsinin IV maddəsilə bağlı Azərbaycan hökumətilə bütün məsləhətləşmələrini COVID-19 pandemiyası üzündən qeyri-müəyyən müddətə təxirə saldı.
Unikal.org xəbər verir ki, bu barədə İMF Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
“IV maddəsi ilə bağlı illik məsləhətləşmələr İMF üzv ölkələrinin hamısı kimi Azərbaycanla da vəziyyətə görə həyata keçiriləcək”, – təşkilat rəsmisi qeyd edib.
Mart ayında maliyyə naziri Samir Şərifovun Vaşinqton səfəri zamanı İMF-nin Azərbaycan missiyasının rəhbəri Nataliya Tamirisa ilə də görüş keçirilərək IV maddəyə dair ilklik məsləhətləşmələr üçün missiyanın iyul ayında Bakıya səfərinə hazırlıqla bağlı müzakirələr aparılmışdı. Son dəfə bu cür məsləhətləşmələri 2019-cu ilin iyun ayında keçirilib.
Azərbaycan 1992-ci ilin 18 sentyabr tarixindən İMF üzvüdür. 1995-2005-ci illər ərzində iqtisadi islahatlar proqramının icrası üçün İMF hökumətə bütövlükdə 577,3 milyon ABŞ dolları məbləğində kreditlər ayırıb.