Kolumbiya polisi şənbə günü paytaxt Boqotanın mərkəzində reyd zamanı karantin rejimini pozaraq gecə təşkil edənləri və yığıncağa dəvətliləri həbs edib.
Unikal.org yerli "El Tiempo" qəzetinə istinadən xəbər verir ki, gecəyə azyaşlılar da daxil olmaqla, 95 nəfər qatılıb.
Məlum olub ki, gizli yığıncaq üçün qonaqlara dəvətnamələr sosial şəbəkə vasitəsilə göndərilib.
Qeyd edək ki, son məlumatlara görə, Kolumbiyada koronavirusa 445 111 nəfər yoluxub. Ölüm sayı 14 492 nəfərə çatıb.