ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp şənbə günü dünyasını dəyişib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: "Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat uyu".