Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 11 yaralı xəstəxanaya aparılıb.
Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən ulaq arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.