Fransada dodaqları oxumağa imkan verən qoruyucu maskalar istehsal etməyə başlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, maska mərkəzdən geniş şəffaf bir hissə ilə təmin ediləcək və sahibinin dodaqları həmsöhbətinə görünəcək.
Maska qulaqlara bağlanmış elastik döngələr və ya üzə möhkəm yapışmağa imkan verən qayışlarla təchiz edilib. Gündə 300 belə maskanın istehsalının mümkün olduğu qeyd edilir.
Belə bir cihazın ideyası karlıqdan əziyyət çəkən Tuluza sakini Anissa Mekrabeş tərəfindən irəli sürülüb. Maska üzərində quraşdırılmış yüksək keyfiyyətli filtr parça onu 20 dəfə yuyaraq istifadə etməyə imkan verir.
Maskanın plastik hissəsi içəridən dumanın qarşısını alan xüsusi bir birləşmə ilə örtülüb.