Ermənistanda son sutka ərzində daha 168 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 663 nəfərə çatıb.

Son sutkada 1 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 818-ə yüksəlib.

İndiyədək 34 584 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 243 nəfərdir.