Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.