Ermənistanda son sutka ərzində 139 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org-un “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 616 nəfərə çatıb. 

Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 850 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 907 nəfərdir.