Leysan yağışlar Şəkidə fəsadlar törədib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana, Kiş çaylarında suyun səviyyəsi bir-neçə dəfə artıb, çaylarda qısa müddət ərazində sel keçib.
Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən cox istinad divarları dağılıb, bir-neçə iri ğövdəli ağaclar aşıb, işıq dirəkləri, telefon xətləri və qaz mağistralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb. Cayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb.