Quba rayonunun Qələdüz kəndində “Volkswagen” və “Mitsubishi” markalı iki minik avtomobili toqquşub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə hər iki avtomobilin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.