“Ordu 2020” forumunda Rusiya Müdafiə Nazirliyi hərbi-sənaye müəssisələri ilə 1 trilyon 160 milyard rubl dəyərində 39 müqavilə imzalamağı planlaşdırır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
O, Rusiya Müdafiə Nazirliyinin kiçik silah partiyalarından böyük silah seriyasına keçdiyini bildirib.
Şoyqu Rusiyanın ordunu yenidən silahlandırdığını söyləyib.