Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa Zabrat yolunda qeydə alınan qəza nəticəsində 1999-cu il təvəllüdlü Həsənov Murad İlqar oğlu, 1964-cü il təvəllüdlü Həsənov Arif Feyruz oğlu və 1990-ci il təvəllüdlü Musayev Cavid Camal oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.